İran təyyarəsi Azərbaycanla sərhəddə qəzaya uğradı

26 Dekabr 2019 - 13:40

İran Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Azərbaycanla sərhədin yaxınlığında, Ərdəbil əyalətində Savalan dağı ətrafında baş verib.

Təyyarənin pilotunun taleyi naməlumdur.

Kəskin hava şəraitinə baxmayaraq pilot və təyyarənin axtarışları davam etdiriləcək. Qəzanın səbəbləri ilə bağı araşdırma aparılır.