Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranda təhlükəsizlik xidmətinin xeyli sayda əməkdaşı saxlanılıb

Orkhan Ali 03 Avqust 2024 - 10:00 (Last updated: 21 May 2025 - 20:15)
iran

İranda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə əlaqədar təhlükəsizlik xidmətinin iyirmidən çox əməkdaşı saxlanılıb.

“New York Times” qəzeti xəbər verir ki, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyat zabitləri, həmçinin İsmayıl Haniyənin Tehranda qaldığı qonaq evinin işçiləri var.

Qəzetinin mənbələrinin məlumatına görə, İran kəşfiyyatı “Mossad” (İsrailin kəşfiyyat xidməti) tərəfindən ələ alınan agentlərin hələ də ölkədə olduğunu düşünür.

Xatırladaq ki, iyulun 31-də İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə qaldığı qonaq evinə endirilən raket zərbəsi nəticəsində həlak olub. HƏMAS qətldə İsrail və ABŞ-ı günahlandırıb.

“New York Times” qəzetinin yazdığına əsasən, İsmayıl Haniyənin qətlindən sonra İranın ali dini lideri Əli Xamneyi İsrailə birbaşa zərbələrin endirilməsi barədə göstəriş verib. Daha sonra İranın BMT -dəki daimi nümayəndəsi Əmir Səid İrvani beynəlxalq hüquqa uyğun olaraq Tehranın İsrailə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, hücum ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirilib.

Post navigation

Previous: “New York Times”da Azərbaycanın COP29-a Sədrliyinə həsr olunmuş məqalə dərc edilib
Next: Xəzərdə təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb

Oxşar xəbərlər

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.