İran öz tələblərindən geri çəkilmək niyyətində deyil.
Azpost.info bildirir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müsahibəsində deyib.
“Biz heç bir qüvvəyə boyun əyməyəcəyik. Şərəflə danışıqlar aparırıq və geri çəkilmək niyyətində deyilik”, – deyə İranın “Əl-Aləm” televiziya kanalı onun sözlərini sitat gətirib.
Bir müddət əvvəl “Reuters” Pakistanın münaqişəyə son qoymaq üçün ABŞ nümayəndələrinə yenidən işlənmiş İran təklifini təqdim etdiyini bildirmişdi. Bu arada, İranın “Tasnim” xəbər agentliyi mənbəyə istinadən bildirib ki, Tehranın yeni təklifində hərbi əməliyyatların dayandırılması və etimadın artırılması tədbirlərini vurğulayan 14 müddəa var.