“İran üçün Ermənistan şimala və Qara dənizə çıxmağa “nəfəs yoludur”.
Azpost.info bildirir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani keçirdiyi mətbuat konfransıda deyib.
Səfir daha sonra qeyd edib ki, Ermənistan üçünsə İran cənuba, Fars və Oman körfəzinə, Hindistana çıxmaq üçün son dərəcə vacib ölkədir.
Səfirin sözlərinə görə, kommunikasiya sahəsi Ermənistan və İran arasında əməkdaşlığın ən mühüm sahələrindən biridir. Sübhanini deyib ki, İran Ermənistana təkcə üç milyonluq bazar kimi deyil, həm də Avrasiya İqtisadi İttifaqı ölkələrinin 200 milyonluq bazarına çıxış əldə edə biləcəyi platforma kimi baxır.