İran Ukrayna təyyarəsini vurduğunu ETİRAF etdi:Prezident Ruhani üzr istədi, "insan səhvi" adlandırdı

Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi “insan səhvi” nəticəsində təsadüfən vurulub. 

RİA Novosti xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün vurduqlarını bildirib.

İranın İRİB dövlət televiziya və radio şirkəti də məlumat yayıb ki, təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub.

İranın Xarici İşlər naziri Cavad Zərif  öz növbəsində “Twitter” hesabında yazıb ki, “ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi” qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

“İran Ukraynaya məxsus təyyarənin Tehran yaxınlığında vurulması ilə bağlı dərin təəssüf hissi keçirir”.

TASS-ın xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani özünün “Twitter” səhifəsində bildirib. “İran İslam Respublikası bu faciəvi səhvə görə dərin təəssüf hissi keçirir” – deyə Prezident yazıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı-Qazax magistralında avtomobil yolayırıcına çırpılıb-

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi pozub