Bakı-Qazax magistralının Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
Sadiq Süleymanov idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. S.Süleymanov APA-ya bildirib ki, o, yük maşınını sağdan ötmək istəyib. Bu zaman idarəetməni itirərək arakəsməyə çırpılıb. Hadisə nəticəsində S.Süleymanov xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.
Əraziyə Qaradağ Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb olunub, avtoekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.