“Vizanın ləğv olunması quru sərhədinin açılmasına hazırlıqdır” –NATİQ CƏFƏRLİ

“Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya ASAN VİZA, ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi  quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı -ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanda nəhayət ki, Operativ qərargah ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq koronavirus məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var.
“Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək – artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək”.
N.Cəfərli deyib ki,  bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı  indiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın: “Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər”.
Azpost.info
Əvvəlki məqalə

AŞPA-nın yay sessiyası başlanıb, deputat qrupumuz Strasburqa gedib –

Sonrakı məqalə

60 yaşlı müəllimlərin sertifikasiyada könüllü iştirakı mümkündür? –