İran xarici işlər nazirinin müavini Ağdam məscidində namaz qılıb

23 Sentyabr 2021 - 16:29

İran xarici işlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur, Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur Ağdam rayonuna səfər çərçivəsində Ağdam Cümə məscidində olub.

Qonaqlar ermənilərin işğal müddətində məscidə vurduğu ziyan, məscidin ətrafında törətdiyi vandallıq əməllərinin izləri ilə tanış olub.

Onlara məlumat verilib ki, ermənilər işğal altında saxladıqları bütün ərazilərdə İslam abidələrini, məscidləri dağıdıb, yerlə yeksan edib, müqəddəs ziyarətgahlarda heyvan saxlayıb, digər müharibə cinayətləri törədib.

İşğal zamanı erməni turistlərin çəkdiyi, məsciddə heyvan saxlanıldığı əks olunmuş fotolar qonaqlara nümayiş etdirilib.

Məhəmməd Kazım Səccadpur və Haqqı Uyğur məsciddə namaz qılıb.