İran XİN başçısı Qətər, Səudiyyə və Türkiyədək həmkarlarına zəng edib

İranın xarici işlər naziri Əli Baqiri Kani Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədəki həmkarlarına zəng edib.

Azpost.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Baqeri həmkarları ilə söhbətdə HƏMAS Siyasi Bürosunun həlak olan rəhbəri İsmayıl Haniyənin qətlini pisləyib.

O, Yaxın Şərqin bütün ölkələrini sionist rejimin terror hərəkətlərinə qarşı qətiyyətli tədbirlər görməyə çağırıb.

XİN başçısı qeyd edib ki, İranın Tehrana hücumunda suverenlik və ərazi bütövlüyünün pozulmasını pisləmək üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirilməsi zəruridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.