İran XİN-in rəhbəri ABŞ-a xəbərdarlıq edib

01 İyul 2020 - 09:12

“ABŞ-ın İrana qarşı sanksiyalarının bərpası rəsmi Vaşinqtonun məsuliyyətini artırır”

RİA Novosti xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.

O qeyd edib ki, ABŞ bu addımı ilə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq məsuliyyət daşıyır.