İran XİN rəhbəri erməni həmkarı ilə Qarabağı müzakirə edib

30 Dekabr 2020 - 11:29

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub.

Bu barədə İran XİN məlumat yayıb.

Zərif Ayvazyanla telefon söhbətində isə Qarabağ məsələsinə toxunub. İran XİN rəhbəri Qarabağdakı müharibənin başa çatmasının region ölkələri arasında çoxşaxəli əməkdaşlığa zəmin yaratdığını vurğulayıb.