“Şərqi Avropadan da rus ordusunu Elçibəy çıxarıb?” –Siyavuş Novruzov həmrəylik istədi

“Biz həmrəylik günü ərəfəsindəyik. Gərək, hamı həmrəy olsun. Ancaq bu gün əhalini çaşdırmağa, qazanılan qələbəyə kölgə salmağa çalışanlar var. Bəzi partiya sədrləri var – hansıların ki, adını çəkməyi Milli Məclisə layiq bilmirəm – onlar dezinformasiyalar yayırlar ki, Şuşa əhalisi Şuşaya qayıtmağa qorxur. İnsanları bu qədər aldatmaq olarmı?”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Novruzov bildirib ki, özü bir dəfə əlində tapança, avtomat tutmayan adamlar bu məsələlərdən danışır: “Hətta Azərbaycanın daxilində Türkiyənin sülhməramlıların tərkibində olmasına maneçilik törətməyə çalışanların olduğunu iddia edirlər. Bu qədər yalan olarmı?! Bu insanların ictimaiyyət arasında, ABŞ-ın internet kanallarında, Osmanqızının kanalında xalqı çaşdırmağa çalışmasına nə haqqı var? Hələ çıxış edir ki, parlament niyə buna münasibət bildirmir? Parlament nümayəndələri gecə-gündüz televiziya kanallarındadır. Parlament öz dəstəyini xalqa, millətə göstərir. Bir ifadə var – rus ordusunu Azərbaycandan AXC hökuməti çıxarıb. Yaxşı, Şərqi Avropadan da rus ordusunu Elçibəy hakimiyyəti çıxarıb? Yalan informasiyalarla insanları çaşdırmaq olmaz. Ölkələr öz müstəqilliyini elan etdi, bu qədər. Qələbəmizi həzm edə bilməyənlər qələbəmizin üstünə kölgə salmasınlar. Şuşa əhalisi ora qayıtmaq üçün can atır. Bu gün Şuşada Azərbaycan televiziyaları yayıma başlayır. Dövlət qurumlarının orada şöbələri açılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran XİN rəhbəri erməni həmkarı ilə Qarabağı müzakirə edib

Sonrakı məqalə

“Dağlıq Qarabağla bağlı 30 il davam edən danışıqlar nəticə vermədi” –