İran XİN rəhbəri Rusiyaya səfərə gedəcək- Səfir AÇIQLADI

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian mart ayında Rusiyaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.

“Moskvaya səfər bu ilin martında baş tutacaq”, – səfir deyib.

Cəlali qeyd edib ki, bu gün Tehran və Moskva münasibətlərin inkişafının “qızıl dövründədir”.

Onun sözlərinə görə, Rusiya və İranın münasibətləri bütün sahələrdə inkişaf edir.

Azpost.info

Əvvəlki məqalə

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

Sonrakı məqalə

DİN Bəxtiyar Hacıyevlə bağlı açıqlama yaydı