İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb

Abbas Əraqçi müharibənin sonlandırılması ilə bağlı İranın mövqeyini Pakistan ordusunun komandanına çatdırıb.

“Fars”ın xəbərinə görə, xarici işlər naziri Abbas Əraqçi İslamabada səfəri çərçivəsində Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə görüşü zamanı İranın atəşkəs və müharibənin sonlandırılmasına dair tələblərini təqdim edib.

O, atəşkəsin bərqərar olmasında və ABŞ-la danışıqlarda vasitəçilik üçün göstərilən səylərə görə Asim Munirə təşəkkür edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.