İrana hava zərbələrində ABŞ və daha bir ölkənin Hərbi Hava Qüvvələri iştirak edib.
Azpost.info bildirir ki, bu barədə ərəbdilli xəbər kanalı olan “Al Hadath” telekanalına ABŞ-dan olan etibarlı mənbələr bildirib.
Mənbənin sözlərinə görə, zərbələr İsfahandakı ballistik raket anbarına endirilib. Bundan əvvəl İrana xəbərdarlıq edilib ki, ballistik raket istehsalı qadağandır.
“The Jerusalem Post” bildirir ki, Qərb kəşfiyyatının məlumatlarına görə, İsfahana zərbələr uğurlu olub.
