“İrana nüvə silahı hazırlamaq üçün cəmi bir neçə ay lazımdır”.
Azpost.info xəbər verir ki, “The Wall Street Journal” bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milliyə istinadən yazıb.
“İran iki həftədən az müddətdə nüvə silahı üçün material istehsal edə bilər. Əsl nüvə silahı hazırlamaq üçün isə daha bir neçə ay lazım olacaq”, – Milli deyib.
General ABŞ-ın İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini də deyib: “Biz, Birləşmiş Ştatlar hərbçiləri, İranın nə vaxtsa əsl nüvə silahı yaratmaq qərarına gəlib-gəlməyəcəyini nəzərə alması üçün rəhbərliyimiz üçün bir neçə variant hazırlamışıq”.
Azpost.info