“Moskva İrandakı hərbi obyektə pilotsuz təyyarə ilə hücumu qətiyyətlə pisləyir”.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Nazirlik hesab edir ki, bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələr verə bilər.
“Onsuz da sakit olmayan bir regionda gərginliyin nəzarətsiz artmasına səbəb ola biləcək hər hansı təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik”, – Rusiya XİN bildirib.
İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki hərbi obyekti yanvarın 29-na keçən gecə PUA-ların hücumuna məruz qalıb. Məlumatlı mənbələrə istinadən “Əl Ərəbiyyə” telekanalı ABŞ-ın hücumda iştirakı etdiyini deyib. Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın İrana endirilən zərbələrdə iştirakını inkar edib.
Azpost.info
