İranda 1000-ə yaxın qadın məhbus azadlığa buraxılıb

İranda 975 qadın məhbus azadlığa buraxılıb və ya digər qanuni güzəştlərdən bəhrələnib.

Bunu İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi deyib.

Onun sözlərinə görə, Məhəmməd peyğəmbərin qızı həzrət Fatimənin mövludu münasibətilə həbsdə olan 6 min qadına da məzuniyyət verilib.

O həmçinin qeyd edib ki, ölkənin 15 əyalətində 502 məhbus azadlığa buraxılıb. 4 mindən çox məhbusun işində isə müxtəlif güzəştlər tətbiq olunub.

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri onu da vurğulayıb ki, son 1 ayda 4 mindən çox məhbus azadlığa buraxılıb.

Əvvəlki məqalə

Şeyxülislamın müavininə ağır itki üz verib

Sonrakı məqalə

“Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik” –