İranda 3 gün matəm elan edildi

- Qasım Süleymaninin ölümü ilə bağlı
03 Yanvar 2020 - 11:00

İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Xamenei Qasım Süleymani və Mehdi Əl-Mühəndisin yaxınlarına başsağlığı verib.

“İran xalqı Qasım Süleymani və onunla birlikdə şəhid olan Əbu Mehdi Əl-Mühəndisin xatirəsini həmişə əziz tutacaq. Ölkədə 3 gün matəm elan edirəm”, – deyə Xamenei vurğulayıb.