İranda 5 bal gücündə zəlzələ olub

14 Mart 2021 - 19:37

İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir ki, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.