İranda bir gündə COVID-19-dan 48 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 48 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 6589 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 1529 yoluxma halı qeydə alınıb, indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 106220 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 85064 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2696 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əbülfəs Qarayev Mədəniyyət Nazirliyində aparılan həbslərdən danışdı:

Sonrakı məqalə

Məhərrəm Əliyev: