İranda koronavirusa:son sutkada 64 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 64 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7942 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 3117 yoluxma halı qeydə alınıb. İndiyə kimi COVID-19-a yoluxanların ümumi sayı isə 157 562 nəfər təşkil edir.

Xəstəlikdən indiyədək 123 077 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2565 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mədəniyyət Nazirliyi:

Sonrakı məqalə

Türkiyə Rusiyadan silah-sursat sifariş edib