İranda Novruz çərşənbələrində 15 nəfər ölüb, 357 nəfər yaralanıb

İranda Novruz çərşənbələrində 15 nəfər ölüb, 357 nəfər yaralanıb

APA xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölüm hallarının 7-si Təbrizdə, 4-ü Tehranda, 2-si Həmədanda , 1-i Urmiyada, daha 1-i isə Qəzvində qeydə alınıb.

Bu günə qədər ümumilikdə Novruz çərşənbələrində 357 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ən çox xəsarət halları Tehranda (91), Şərqi Azərbaycanda (42) və Qərbi Azərbaycanda (21) baş verib.

Əvvəlki məqalə

Haaqa Məhkəməsi rus ordusunun cinayətlərini araşdıracaq

Sonrakı məqalə

Prezident İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib