İranda prezidentliyə namizəd seçki marafonundan geri çəkildi

İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

Azpost.info bildirir ki, o, müvafiq bəyanatını X sosial şəbəkəsindəki səhifəsində dərc edib.

“İnqilab qüvvələrinin birliyini qorumaq üçün və İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurasının, eləcə də bəzi üləma və rəğbətli şəxslərin xahişinə  cavab olaraq, seçkidə iştirakdan imtina etdim. Ümid edirəm ki, digər üç qardaşım fürsətdən istifadə edərək hərəkat inqilabını birləşdirib gücləndirəcəklər”.

Qazizadə Haşiminin sözlərinə görə, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.

Əvvəlki məqalə

“Azərbaycan prezidentinə sülhün vaxtının yetişdiyini çatdıracam”

Sonrakı məqalə

4 dövlət Avropa İttifaqını Rusiya ilə sərhəd boyu müdafiə xətti qurmağa çağırıb