İranda ötən sutka ərzində 434 nəfər koronavirusdan (COVID-19) ölüb.
Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 70966 nəfərə yüksəlib.
İranda ötən sutkada 21713 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2459906 nəfərə çatıb. Virus daşıyıcılarından 5338 nəfərin vəziyyəti ağır qiymətləndirilir.