İranda strateji obyektlərdə terror planlaşdıran qrup zərərsizləşdirilib

15 Sentyabr 2021 - 16:34

İranda terrorçu qrup zərərsizləşdirilib.

Bu barədə İran Təhlükəsizlik Nazirliyi açıqlama yayıb.

Açıqlamada qrup üzvlərinin xarici terror təşkilatlarına bağlı olduğu, onların ölkənin həssas strateji obyektlərində terror aktları törətməyi planlaşdırdıqları qeyd olunub.

Bildirilib ki, terrorçu qrupun bütün üzvləri zərərsizləşdirilib, hadisə ilə bağlı yaxın zamanda əlavə məlumat veriləcək.