İranda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

iran

 

İranın şərqində yerləşən Xorasan Rəzəvi əyalətində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Yüngül mühərrikli təlim təyyarəsi Xorasan Rəzəvi əyalətinin “Kavyani Kaşmir” hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər ölüb”, – məlumatda bildirilib.

Qəzanın səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir