Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranda tanınmış reper edam cəzasına məhkum edilib

User 24 Aprel 2024 - 23:44 (Last updated: 21 May 2025 - 20:15)
iran reper

İran hakimiyyəti tanınmış reper Tumac Salehinin edam edilməsi haqqında qərar verib.

Reuters agentliyi yazır ki, Salehi barəsində ölüm hökmü onun 2022-2023-cü illərdəki kütləvi etirazlarda iştirakı ilə bağlıdır.

Reper öz mahnılarında və ictimai çıxışlarında etirazları açıq şəkildə dəstəkləyirdi.

Salehi 2022-ci ilin oktyabrında həbs olunub. 2023-cü ildə İranın Ali Məhkəməsi onu 6 il 3 ay müddətinə azadlıqdan məhrum edən hökm verib.

Onun noyabrın 18-də zaminə buraxılmasına səbəb Ali Məhkəmənin qərarı olmuşdu.

Qərarda deyilirdi ki, ilkin hökm qüsurludur və iş yenidən baxılmaq üçün aşağı məhkəmə instansiyasına göndərilməlidir.

Lakin “aşağı instansiya” – İsfahan məhkəməsi Ali Məhkəmənin hökmünə yenidən baxaraq Salehi barəsində ölüm hökmü çıxarıb.

Reperin vəkili Əmir Rəisian İsfahan şəhər məhkəməsinin hərəkətini misli görünməmiş qanunsuzluq adlandırıb və hökmdən şikayət veriləcəyini bildirib.

Salehiyə aid olduğu deyilən sosial media hesabında onun saxlanarkən döyüldüyü qeyd olunurdu.

İran ədliyyəsinə bağlı Mizanonline.ir saytı bildirirdi ki, Salehi “yalan yaymasına” və “ictimai rəyi pozmasına” dair yeni ittihamlarla həbs edilib.

Salehi həbsdə bir ildən də çox saxlandıqdan sonra, noyabrın 18-də zaminə buraxılmışdı.

Tərəfdarları deyirlər ki, reper öz musiqi əsərlərinə və gənc qadın Məhsa Əmininin ölümünə etiraz edən aksiyaları dəstəklədiyinə görə həbs edilmişdi.

Salehi “internetdə yalanlar yaymaqda” və “antihökumət təbliğatında” ittiham olunurdu.

Reper bu ilin əvvəllərində yaydığı videoda bildirirdi ki, ona işgəncə verilib və o 2022-ci ilin oktyabrında həbsindən sonra 252 gün təkadamlıq kamerada saxlanıb.

Post navigation

Previous: Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Next: Bu günə olan vallyuta məzənnələri

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha 2 ay uzadıb. Qərarı...
Read more about Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.