İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində gecə 5,9 bal gücündə zəlzələ baş verib.
Azpost.info İSNA-ya istinadən bildirir ki, zəlzələ nəticəsində 816 nəfər yaralanıb. Bu barədə Qərbi Azərbaycan vilayətinin qubernatoru məlumat verib. Məhəmməd Sadiq Mutadianian bildirib ki, 3 nəfər itkin düşüb.
60 yaralı şəhərdəki hospitala yerləşdirilib, daha 64 nəfər Səlmas şəhərində xəstəxanalara aparılıb.
Qubernator deyib ki, Xoy baş verən zəlzələ 70 kənddə 50 faiz evlərə zərər vurub. Onun sözlərinə görə, 16 min nəfərin köçürülməsi aparılır.
Quru Qoşunlarının Təbrizdəki İmam Əli hospitalı və Urmiyadakı 523-cü hərbi hospital hərbi hazırlıq vəziyyətinə gətirilib. Ordunun zəlzələdən zərər çəkimş yerlərə göndərilməsi nəzərədə tutulur.


