İranda zəlzələ olub –

22 nəfər xəsarət alıb
07 Sentyabr 2020 - 09:59

Bu gün səhər İranın Gülüstan əyalətinin Ramyan bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. 

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.

Baş verən zəlzələdə 22 nəfər xəsarət alıb. Gurçay və Veyru kəndlərində evlərə ciddi ziyan dəyib.

Zəlzələ nəticəsində dağ uçqunu olub, bir neçə kəndlə əlaqələr kəsilib.