İranda zəlzələ olub

- 5,2 bal gücündə
21 Oktyabr 2019 - 15:43

İranın Hörmüzqan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün günorta saatlarında baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Hörmüzqan əyalətinin Kohxrəd bölgələrində qeydə alınıb.

Hələlik itki və ya dağıntılar barədə məlumat verilməyib.