“Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir”- Türkiyə səfiri

Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir. Problemin həlli üçün müzakirələr aparırıq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək:

“Bu məsələ hər zaman Türkiyənin gündəmindədir”.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda zəlzələ olub

Sonrakı məqalə

“Terrorçularla bir masaya oturmayacağıq”