İran ABŞ-ın bütün komandanlarını və Pentaqonun bütün səlahiyyətli şəxslərini terrorçu elan edib.
Bu barədə İran parlamenti qərar qəbul edib.
Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. (APA)