“İrandan günahlarını tam etiraf etməsini tələb edirik” –Zelenski bəyanat verdi

“Ukrayna İrandan “Boeing 737” təyyarəsinin vurulmasına görə günahını tam etiraf etməsini tələb edir”.

TASS-ın verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bu gün səhər xeyirliyə açılmadı, amma həqiqəti də özü ilə gətirdi. Beynəlxalq komissiya öz işini bitirməmiş İran günahını etiraf edərək Ukrayna təyyarəsini vurduğunu bildirdi. Lakin biz İranın günahın tamamilə etiraf edilməsini tələb edirik” – deyə Prezidentin rəsmi “Telegram” kanalında deyilib.

V. Zelenski əlavə edib ki, İrandan tam və açıq istintaq aparılmasına təminat verməsini, günahkarların məsuliyyətə cəlb edilməsini, həlak olanların cəsədlərinin qalıqlarının qaytarılmasını, həlak olan şəxslərə görə kompensasiya ödənilməsini, diplomatik kanallar vasitəsi ilə rəsmi üzrxahlıq etməsini gözləyir.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şimal bölgəsinə qar yağıb-

Sonrakı məqalə

MSK qeydə alınmış deputatlığa namizədlərin adlarını açıqladı –