İraq-Suriya sərhədində yerləşən Əbu -Kamal sərhəd keçid məntəqəsinin yaxınlığında TIR kolonuna PUA zərbələri endirilib.
Azpost.info “Əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki, İraq sərhədini keçən 25 yük avtomobili İrandan Suriyaya gedirmiş. Kolon sərhədi keçən kimi hucuma məruz qalıb. Mənbələrin verdiyi məlumata görə, yük maşınları “Hizbullah” qruplaşmasının nəzarətində olan qeyri-rəsmi sərhəd keçidindən istifadə ediblər.
Naməlum təyyarə əvvəlcə xəbərdaredici raketi buraxıb və sürücülərin maşınların tərk etməsini gözləyib. Daha sonra PUA-larla zərbə endiriib.
İraq mətbuatı azı 15 TIR maşınının məhv edildiyini bildirib.
“Yük maşınları İrandan silah daşıyırdılar”-deyə keçid məntəqəsinn direktoru Abdel Rahman “Frans-Press”ə bildirib.
Onun sözlərinə görə, bu həftə İraqdan iki bu qaydada kolon gəlib. Onlar Tehrana loyal olan silahlı qruplaşmalar üçün müasir silahlar gətirir.
Azpost.info
