Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“İranı Azərbaycanla qarşıdurmaya sürükləmək istəyirlər” –

User 07 Sentyabr 2026 - 17:59 (Last updated: 07 Sentyabr 2026 - 17:59)
tofiq zülfüqarov

Son həftələrdə İran ətrafında gedən proseslər və bunun Azərbaycan və Türkiyənin təhlükəsizliyinə mümkün təsirləri yenidən diqqət mərkəzinə gəlib.

Azpost.info-nun məlumatına görə, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, regionda əsas təhlükələrdən biri İranın Azərbaycan və Türkiyə ilə qarşıdurmaya cəlb edilməsinə yönələn cəhdlərdir.

T.Zülfüqarov son 2-3 həftə ərzində bu istiqamətdə müəyyən dinamikanın müşahidə olunduğunu bildirib.

Onun fikrincə, prosesləri təhlil edərkən Qərb və İran mətbuatının bir hissəsində yayılan çoxsaylı təxribat xarakterli materiallarla yanaşı, İran Prezidenti Məsud Pezeşkianın və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin son açıqlamalarına da xüsusi diqqət yetirmək lazımdır.

“İranı Azərbaycan və Türkiyə ilə qarşıdurmaya sürükləmək istəyirlər”

Sabiq nazirin sözlərinə görə, İran liderinin son açıqlamasında ölkə daxilində Azərbaycan və Türkiyə ilə hərbi qarşıdurma yaratmağa çalışan dairələrə mesaj vermək cəhdi müşahidə olunur. T.Zülfüqarov hesab edir ki, həmin dairələr ya yanlış təsəvvürlərin təsiri altında, ya da xarici qüvvələrin maraqlarına uyğun olaraq İranın Azərbaycan və Türkiyə ilə qarşıdurmaya girməsini istəyirlər.

Onun fikrincə, belə bir ssenari İran üçün də son dərəcə təhlükəlidir.

“Bu cəhdin məqsədi ABŞ və bir sıra ərəb ölkələri ilə yanaşı, regionun iki aparıcı türk dövlətinin – Azərbaycan və Türkiyənin də İran İslam Respublikasına qarşı qarşıdurmaya qoşulması üçün şərait yaratmaqdır”, – deyə T.Zülfüqarov bildirib.

O, bunun arxasında dayanan məqsədi isə belə ifadə edib: “Onların məqsədi sadədir – azərbaycanlıların azərbaycanlılara, türklərin isə türklərə atəş açmasına nail olmaq…”

Vensin açıqlamasına da diqqət çəkdi

Tofiq Zülfüqarov ABŞ vitse-prezidenti Ceyms Devid Vensin açıqlamasının da suallar doğurduğunu qeyd edib.

Onun fikrincə, əgər ərəb ölkələri, Türkiyə və Azərbaycan ABŞ-ın müttəfiqləridirsə, bu ölkələrə zərər verə biləcək bəyanatların səsləndirilməsinin səbəbi izah edilməlidir. “Əgər, onun iddia etdiyi kimi, ərəb ölkələri, Türkiyə və Azərbaycan sizin müttəfiqlərinizdirsə, onda belə bəyanatlarla onlara zərər vurmağın mənası nədir?” – deyə sabiq nazir sual edib.

“İran-İraq müharibəsi ssenarisi təkrarlana bilər”

Zülfüqarov hesab edir ki, bu açıqlamaların məqsədi “anti-İran koalisiyasını” gücləndirməkdən daha çox, hərbi qarşıdurmanın yükünü müsəlman ölkələrinin üzərinə keçirmək ola bilər. Onun fikrincə, növbəti mərhələdə vəziyyət 1980-ci illərdəki İran-İraq müharibəsinə bənzər modelə gətirilə bilər. “Vəziyyəti 1980-ci illərdəki İran-İraq müharibəsi modelinə gətirmək – iki sivilizasiya rəqibinin bir-birini məhv etməsinə şərait yaratmaq”, – deyə Zülfüqarov bildirib.

“İran ciddi transformasiya yaşayır”

Sabiq xarici işlər naziri İranın daxilində də ciddi dəyişikliklərin baş verdiyini düşünür.

Onun sözlərinə görə, İranın müharibədən əvvəlki siyasi rejimi hazırda ciddi kadr və mahiyyət transformasiyası yaşayır və bu proses müəyyən mənada qaçılmazdır. Bununla yanaşı, T.Zülfüqarov İran ərazisində yaşayan xalqların tarixən nə türk, nə də ərəb sivilizasiyasının düşməni olmadığını vurğulayıb.

O hesab edir ki, məhz bu amil regionda gələcək proseslərin inkişafında mühüm rol oynaya bilər.

“Düşünürəm ki, məhz bu fundamental əsas regionu qarşıda gözləyən gələcək turbulent proseslərdə dominant rol oynayacaq”, – deyə Tofiq Zülfüqarov qeyd edib.

AzPost.az

Post navigation

Previous: FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib
Next: Külək Bakıda 15 ağacı yıxıb, 20 ağacın budaqları qırılıb

Oxşar xəbərlər

ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.