“İran hökuməti və xalqı ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə görə minnətdardır”.
Azpost.info xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi bu gün Hindistanın sədrliyi ilə onlayn rejimdə keçirilən ŞƏT-ə üzv Dövlət Başçıları Şurasının iclasında deyib.
“Hindistan Baş nazirinin səmimi sözlərini və onun bu sammitə ev sahibliyi etmək səylərini çox yüksək qiymətləndiririk. İran İslam Respublikasını təşkilata tamhüquqlu üzv kimi qəbul etdiyinə görə İran hökuməti və xalqı adından minnətdarlığımızı bildirirəm”, – Rəisi bildirib.
O qeyd edib ki, İranın ŞƏT-ə üzv olması ölkəyə iqtisadi inkişaf imkanı yaradacaq.
Azpost.info
