İranın hücumundan sonra İsrail Qəzzada quru əməliyyatını təxirə salıb

İranın hücumundan sonra İsrail Qəzza zolağının cənubundakı Rəfahda quru əməliyyatına başlamaq planlarını təxirə salıb.

Azpost.info bildirir ki, bu barədə CNN iki israilli mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi günü Rəfah bölgəsinə vərəqələr atmağı planlaşdırırdı. Bu əraziyə 1 milyondan çox insanın sığınıb.

Lakin İsrail İranın hücumuna cavabını düşündüyü üçün bu planları dayandırıb.

Ötən həftə İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Rəfah əməliyyatının başlama tarixi artıq razılaşdırılıb.

Əvvəlki məqalə

Keçmiş baş prokurorun oğlunun meyiti tapılıb

Sonrakı məqalə

Goranboyda xəndəyə yıxılan 50 yaşlı usta ölüb