İranın İraqdakı diplomatik nümayəndəliyinə hücum olub

15728520886149159815_1000x669

İraqda keçirilən kütləvi aksiyada iştirak edənlər İranın diplomatik nümayəndəliyinə hücum ediblər.

Azərtac xəbər verir ki, İraqın Kərbəla şəhərində keçirilən kütləvi aksiya iştirakçıları İranın buradakı baş konsuluğuna hücum ediblər.

Hücum edənlər konsulluğun binasından asılmış İran bayrağını çıxarıb yerinə İraq bayrağı asıblar. Təhlükəsizlik qüvvələri hücum edənlərin qarşısını almağa çalışsa da, buna nail ola bilməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir