İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.
Bu barədə “PRESS TV” məlumat yayıb.
Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.
Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.
Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.
“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani, bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”(report).
*****
“İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Quds xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.
APA RİA Novosti-yə istinadən xəxb verir ki, bunu İranın Ali rəhbərin məsləhət orqanının keşmiş komandanı Möhsin Rezai “twitter” səhifəsində bildirib.
O, general Süleymaninin şəhid qardaşlarına qoşularaq ABŞ-dan qisas aldığını qeyd edib.
İran prezidentinin müşaviri Hesamaddin Aşna isə ABŞ-ın “öz azart oyunları ilə” Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını və bunun nəticələrinə hazır olmalı olduğunu söyləyib.
Pentaqon da öz növbəsində general Suleymaninin öldürdüyü xəbərini təsdiq edib.
ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə atılıb.
*****
Adı açıqlanmayan ABŞ rəsmisi cümə günü Bağdadda “İranla əlaqəli iki hədəfə” zərbə endirildiyini təsdiqləyib.
APA “Reuters”ə istinadən xəbər verir ki, Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Quds Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymaninin də öldürüldüyü iddia edilir.
Lakin bununla bağlı Pentaqon hələlik rəsmi olaraq heç bir münasibət bildirməyib.
Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani ölüb.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə “Al Arabiya”, “Al Jazeera” və “Sky News” telekanalları bildirib.
Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub.3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir(trend).
*****
İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi xəbəri fonunda “qara qızıl”ın qiyməti bahalaşıb.
“Report” xəbər verir ki, mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.