“Qərbin ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar aradan qaldırılarsa, Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl etməyə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.
O, İranın nüvə enerjisi çərçivəsində fəaliyyətinin Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında tamamilə şəffaf olduğunu vurğulayıb.
Eslaminin sözlərinə görə, Tehran dövlətin bütün fəaliyyətlərinə nəzarət edən beynəlxalq agentliyin qaydaları ilə işləyir.
O, həmçinin bildirib ki, İran hakimiyyəti tərəfindən akkreditasiyası ləğv edilmiş MAQATE əməkdaşları artıq bir neçə ildir ki, İslam Respublikası ərazisində görünmürlər.
Azpost.info