İranın Qərbi Azərbaycan əyalətində 4.5 bal gücündə zəlzələ baş verib

20 Dekabr 2020 - 16:15

İranın Qərbi Azərbaycan əyalətində 4.5 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 09:26 -da Qərbi Azərbaycan əyalətinin Qətur bölgəsində baş verib.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 5 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri Türkiyə sərhəddinin 83 kilometrliyində Qətur bölgəsində olub.