Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“İranın ərazimizə hücum etməsi gözlənilməz hadisə deyil” –

User 05 Mart 2026 - 16:15 (Last updated: 05 Mart 2026 - 17:26)
cavansir feyziyev

“İranın ərazimizə hücum etməsi gözlənilməz hadisə deyil”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması elan edilən 1918-ci ildən bu günədək İran hakimiyyəti davamlı olaraq Azərbaycan Respublikasına və eləcə də İranın əsas əhali kontingentini təşkil edən soydaşlarımıza qarşı düşmənçilik fəaliyyəti aparıb.

“Üzdə Azərbaycan dövlətinə və xalqına göstərilən nəzakət və xoş niyyətlilik həmişə saxta olub”.

O əlavə edib ki, 1988-ci ildə ermənilər tərəfindən Miatsum hərəkəti başlayanda da İran ikiüzlülük edərək, torpaqlarımızın işğal olunmasına gizli şəkildə dəstək göstərirdi.

“Bu dəstək bütün işğal dövründə davam etdirilmişdir. Bir neçə il öncə İrandakı səfirliyimizə hücum ediləndən sonra Azərbaycan dövləti öz iradəsini ortaya qoydu və terrorçuların ən ağır şəkildə cəzalandırılmasına nail oldu”.

Cavanşir Feyziyev vurğulayıb ki, bütün bunlara baxmayaraq bu gün, dünyanın ən böyük güc sahibi ilə döyüş meydanında üz-üzə gələndə İran hakimiyyəti növbəti dəfə öz namərdliyini göstərir, qonşularına xəyanət edir. Mövcud olduğu bütün müddət ərzində İranla səmimi qonşuluq münasibətləri və əməkdaşlıq əlaqələri quran Azərbaycan bu gün İran tərəfindən hava hücumuna məruz qalıb”.

Deputat qeyd edib ki, bunu can verən hakimiyyətin son nəfəs aqoniyası kimi də dəyərləndirmək olar.

“Amma bunun tarixin arxivinə qovuşmaqda olan İran molla hakimiyyəti üçün nə dərəcədə faydalı olacağını düşünmək belə absurddur. Deməli, molla hakimiyyətini atdığı addımın nəticəsi maraqlandırmır, sadəcə ölüm ayağında da olsa bizim dövlətimizə və xalqımıza qarşı kin-küdurətini və heç vaxt sönməyən qəzəbini nümayiş etdirir. Lakin bunun İran hakimiyyəti üçün heç bir faydası olmayacaq. Əksinə, özünün məntiqsiz iddialarına nail ola bilməyərək bütün bölgə dövlələrini müharibəyə çəkməsi İran rejiminin sonunu daha da yaxınlaşdıracaq”.

Xatırladaq ki, İran martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə dronla hücum edib.

Dronlardan biri Naxçıvan aeroportuna, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb – iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.

AzPost.az

Post navigation

Previous: Naxçıvana PUA hücumu ilə bağlı cinayət işi başlanıb –
Next: Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi –

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.