İranın sərnişin təyyarəsi İsrailin raket zərbəsindən son anda xilas ola bilib

Suriyanın hava məkanından istifadən edən sərnişin təyyarəsi Rusiyanın bu ölkədəki Xmeymim aviabazasına təcili eniş edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, ötən gün İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 ədəd “F-16” qırıcısı Suriyanın paytaxtı Dəməşqin ətrrafına qəfil hava zərbələri endirib. Buna cavab olaraq, Suriya hava hücumundan müdafiə sistemi işə düşüb. Bu zaman isə Tehrandan gələn “Airbus-320” sərnişin təyyarəsi Dəməşq beynəlxalq hava limanına eniş etməyə hazırlaşıb.

İ. Konaşenkov qeyd edib ki, hava limanının dispetçerlərinin operartiv fəaliyyəti və avtomatlaşdırılmış hava nəqliyyatına nəzarət  sisteminin effektivi işi nəticəsində vurulmaq təhlükəsindən xilas olan sərnişin təyyarəsi ərazidən uzaqlaşdırılıb və hava nəqliyyat vasitəsi Xmeymim aviabazasına eniş edib.

Təyyarədə 172 sərnişin olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bibisinin evindən pulları və qızılları oğurlayan qardaş oğlu tutuldu –

Sonrakı məqalə

“Böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur”