İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif gələn həftə Avropa ölkələrinə səfər edəcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Fars” Xəbər Agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.
Məlumata görə, İran XİN başçısı Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyaya səfər edəcək.
Hazırda hazırlıq işləri görülür.
Xəbərdə səfərin məqsədləri haqqında məlumat verilməyib.