Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İranın “zirehi” dəlindi və ona toxunuldu, əsas budur” –

User 22 İyun 2025 - 17:23 (Last updated: 22 İyun 2025 - 17:23)
iran hucumu
Hər şey “plan üzrə” gedir.
İsrailin təhlükəsizliyini təmin etmək ABŞ-ın Böyük Orta Şərq regionundakı siyasətinin təməl vəzifələrindəndir. Vaşinqtondakı azömürlü administrasiyaların cari prioritetlərindən asılı olmayaraq, bu bölgəyə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən aparılan uzunmüddətli strategiya var.
CENTCOM sırf hərbi və kəşfiyyat xarakterli işlər görmür, siyasi-diplomatik müstəvilərdə də fəaliyyət göstərir. Strategiyanın əsas istiqaməti ondan ibarətdir ki, geniş Orta Şərq bölgəsində İsrailə təhdid yaradan hər hansı dövlət və qeyri-dövlət aktor mövcud olmamalıdır. Bu cür dövlətlər zəiflədilir və (və ya) çökdürülür.
İran öncə Səddam rejiminin süqutunun, sonra “ərəb baharı”nın yaratdığı fürsətlərdən bölgədə öz nüfuzunu yaymaq naminə yararlansa da, bunun qısamüddətli fürsət pəncərəsi olduğu, əvvəl-axır qapanacağı və İranın özünün hədəfə çevriləcəyi aydın idi. Nəticədə gözlənildiyi kimi İraq, Liviya və Suriyadan sonra növbə İrana çatdı.
Növbənin yetişməsi İranda dərhal rejim dəyişikliyi olacağı, yaxud ölkənin tezliklə dağılacağı anlamına gəlməz. İsrail və ABŞ bombardmanları nəticəsində İranın nüvə proqramının tamamilə məhv edilib-edilmədiyi də xüsusi vacib məsələ deyil. Bu, təfərrüatdır. Önəmli məqam budur ki, İranın “zirehi” dəlindi və ona toxunuldu. Məsələnin çətin olan tərəfi (İranın düşmənləri üçün) məhz bu idi və bu psixoloji baryer aşılmış oldu. Əgər düşmən təyyarələri ölkəniz və paytaxtınız üzərində demək olar ki, maneəsiz uçursa, bu o deməkdir ki, sizin bundan sonrakı taleyiniz onun insafına qalmış olur.
Sabah müharibə dayansa belə İsrail (hökümətdə kim olursa olsun) İranın toparlanmasına imkan verməməyə çalışacaq və özü üçün təhlükə hiss etdiyi anda nöqtə əməliyyatlara, aviazərbələrə davam edəcək. Belə bir vəziyyət – əgər bütün tərəfləri qane edəcək bir razılaşma imzalanmasa – rejimin tədrici deqradasiyası üçün zəmin yarada (İraq və Suriyadakı kimi illərə yayılmış şəkildə), ehtimal olunan kütləvi xalq etirazları isə rejimin iflası yolunda katalizator rolunu oynaya bilər.
Ümid etmək istərdim ki, İranda hadisələr Suriya ssenarisi üzrə inkişaf etməz, çünki bu, ilk növbədə İrandakı soydaşlarmız və dost xalqlar, digər tərəfdən isə bütün bölgə üçün faciəli nətəcələrə gətirib çıxaracaq. Amma əlbəttə ki, praqmatik yanaşma və strateji ağılla hər cür ssenariyə hazır olmaq lazımdır.
Şahin CƏFƏRLİ 
Politoloq

AzPost.az

Post navigation

Previous: “Bəşəriyyət qışqırır və sülhə çağırır” –
Next: İran parlamenti Hörmüz boğazını bağlamağa qərar verdi

Oxşar xəbərlər

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18

xƏBƏR

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Badam arıqlamaq istəyənlər üçün ən faydalı çərəzlərdən biri hesab olunur. O, lif, zülal və faydalı yağlarla zəngindir,...
Read more about Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.