Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.
Türkiyənin Van rayonunun Başkale qəsəbəsində dağıntılar altında qalan 7 nəfər ölüb, 5 nəfər yaralanıb. Dağıntılar altında qalanlar var.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.