“İranlılar heç vaxt zorakılığa tabe olmur”- İran XİN rəhbərindən ABŞ-a ultimatum

“İnşaat işçilərini iqtisadi terrorizmə məruz qoymaq yalnız “maksimum təzyiq”in maksimum uğursuzluğunu göstərir”.

APA-nın xəbərinə görə, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də qeyd edib.

“ABŞ kişiyə, qadına və uşağa sanksiya tətbiq edə bilər, amma iranlılar heç vaxt zorakılıqlara tabe olmur. Daha dərinə getmək əvəzinə ABŞ uğursuz siyasətindən imtina etməli və Hərtərəfli Birgə Fəaliyyət Planına qayıtmalıdır”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, yeni sanksiyalar birbaşa və ya dolayı yolla İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan tikinti sektoru və İranın nüvə, hərbi və ya ballistik raket proqramları ilə əlaqədar istifadə olunan dörd strateji materiala aid edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün axtarışda olan 21 nəfər tutulub –

Sonrakı məqalə

Şəmsəddin Xanbabayeva yeni vəzifə həvalə olundu