İraqda ABŞ-ın hərbi bazasına yenə raket zərbələri endirilib

14 Yanvar 2020 - 23:39

İraqda ABŞ hərbi kontingentinin yerləşdiyi Əl-Taci hərbi bazası raket atəşinə tutulub.

Yerli Al-Hadat telekanalına istinadən xəbər verir ki, hərbi baza Bağdadın şimalında yerləşir. Hər hansı bir dağıntı və itkilərlə bağlı əlavə məlumat verilməyib. (APA)