İraqda türk hərbçisi şəhid olub

28 İyul 2021 - 12:30

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Hakurk bölgəsində antiterror əməliyyatı keçirən birliklərində xidmət edən hərbçilərlə terrorçular arasında atışma olub.

Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir ki, nəticədə iki türk hərbçi şəhid olub, biri yaralanıb. Yaralı hərbçi Türkiyə ərazisində xəstəxanaya çatdırılıb.

“Pəncə” antiterror əməliyyatının keçirildiyi rayonda terrorçulara qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.